AZE

AZE

ENG

RU

Avropadakı soydaşlarımızın həmrəyliyi

Niderland parlamentinin qarşısında Ermənistanın təcavüzü pislənilib

“Ermənistan təcavüzkarlığı dayandırsın!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxsın!”, “Zorakılığa son!”, “Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır!”.

Bu şüarlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata etiraz olaraq Niderland Krallığının parlamenti qarşısında azərbaycanlıların keçirdiyi aksiyada səsləndirilib.
Etiraz aksiyasında Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Benilüks Azərbaycanlıları Konqresinin, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin üzvləri, eləcə də Avropada yaşayan soydaşlarımız və Türk icmalarının üzvləri iştirak edib.

Aksiya iştirakçıları Niderland parlamentinə bəyanat ünvanlayaraq erməni təcavüzünün qarşısının alınması məqsədilə petisiya irəli sürüblər.

Bəyanatda qeyd edilib ki, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərindən çıxarmaq əvəzinə Ermənistan iyulun 12-də Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təcavüz törədərək, yeni mövqelər ələ keçirmək və bölgədəki gərginliyi artırmaq məqsədini güdür. Bəyanatda beynəlxalq ictimaiyyət Azərbaycanın mülki əhalisinin erməni hərbiçiləri tərəfindən hədəfə alınmasına qarşı qəti mövqe bildirməyə və Ermənistanın qanunsuz hərəkətlərini pisləməyə çağırılıb. aksiya iştirakçıları Niderland parlamentarilərinə müraciət edərək Avropa İttifaqını, Niderlandı Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistanın qanunsuz fəaliyyətini qınamağa səsləyiblər.

Leave Your Comment

Sosial Media

Rotterdam

+994 50 123 45 67

info@bakorg.com

© 2023 Bütün hüquqlar qorunur.