Tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətinin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazgan, Hollandiya Türk Federasiyasının başqanı Murad Gedik və bir çox təşkilat rəhbərləri azərbaycanlı uşaqların çıxışlarını yüksək qiymətləndirdilər.
Tədbir bir daha Azərbaycan–Türk birliyini və qardaşlığını hər kəsə nümayiş etdirdi. Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması həqiqətən də möhtəşəm hisslər oyatdı.
Azərbaycanlı balalarımızı bu tədbirə hazırlayan “Rotterdam Həftə Sonu Məktəbi”nin rəhbəri Zərifə xanıma və “Körpə Fidanlar” musiqili teatr qrupunun rəhbəri Nigar xanıma dərin minnətdarlığımzı bildiririk.
Həmçinin “Körpə Fidanlar”ın təsisçisi Sima xanıma da təşəkkürümüzü çatdırırıq
