AZE

AZE

ENG

RU

Benilüks Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərən “Rotterdam Həftə Sonu Məktəbi” və “Körpə Fidanlar” musiqili teatr qrupunun şagirdləri “Hollandiya Türk Federasiyası” tərəfindən təşkil olunmuş “23 Nisan” Uşaq Bayramı tədbirində möhtəşəm çıxışları ilə yadda qaldılar.

Tədbirdə iştirak edən Türkiyə Cümhuriyyətinin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazgan, Hollandiya Türk Federasiyasının başqanı Murad Gedik və bir çox təşkilat rəhbərləri azərbaycanlı uşaqların çıxışlarını yüksək qiymətləndirdilər.
Tədbir bir daha Azərbaycan–Türk birliyini və qardaşlığını hər kəsə nümayiş etdirdi. Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması həqiqətən də möhtəşəm hisslər oyatdı.
Azərbaycanlı balalarımızı bu tədbirə hazırlayan “Rotterdam Həftə Sonu Məktəbi”nin rəhbəri Zərifə xanıma və “Körpə Fidanlar” musiqili teatr qrupunun rəhbəri Nigar xanıma dərin minnətdarlığımzı bildiririk.

Həmçinin “Körpə Fidanlar”ın təsisçisi Sima xanıma da təşəkkürümüzü çatdırırıq

Previous “Azərbaycan Niderland Odlar Yurdu” Cəmiyyətinin təşkilatçılığı, Niderland Azərbaycanlıları Koordinasiya Şurasının və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderlandın Haaqa şəhərində Azərbaycandan kənarda da tanınmış fotoqraf Etibar Cəfərovun “Şərq və Qərb bir arada” adlı fotosərgisi təşkil olunmuşdur.

Leave Your Comment

Sosial Media

© 2026 Bütün hüquqlar qorunur.