AZE

AZE

ENG

RU

Rotterdamda Benilüks Azərbaycanlıları Konqresinin 19 illiyi qeyd olunub

21.12.2025
Bu gün Niderland Krallığının Rotterdam şəhərində Beniluks Azərbaycanlıları Konqresinin (BAK) fəaliyyətinin 19 illiyi qeyd olunub.

Tədbiri giriş sözü ilə açan BAK-ın sədri Elsevər Məmmədov iştirakçılara Konqresin bu illər ərzində gördüyü işlər və fəaliyyəti haqqında geniş məlumat verib. O, qonaqları BAK-ın 19 illiyi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.

Tədbir çərçivəsində BAK sədrinin birinci müavini Sima Cəfərovanın Cənubi Azərbaycan mövzusunda qələmə aldığı musiqili marş səsləndirilib. Eyni zamanda 2026-cı ildə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər barədə qonaqlara ətraflı məlumat verilib.

Sonda tədbirdə iştirak edən BAK üzvlərinə yeni üzvlük vəsiqələri təqdim olunub.

Previous “DAYAQ” təşkilatının baş ofisində vətən müharibəsi qaziləri ilə görüş

Leave Your Comment

Sosial Media

© 2026 Bütün hüquqlar qorunur.