AZE

AZE

ENG

RU

“Benilüks Azərbaycanlıları Konqresinin” dəstəyi “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının təşkilatçılığı ilə Mübarək Ramazan ayının son günündə 50-yə yaxın Qazi və Veteran üçün iftar süfrəsi və bayram sovqatları təşkil edilmişdir.

Bu mənalı tədbir çərçivəsində Vətənimizin müdafiəsi uğrunda böyük şücaət göstərmiş qəhrəmanlarımızla bir araya gəlinmiş, onlara diqqət və qayğı göstərilmişdir.
Tədbir zamanı Qazi və Veteranlarımızın həm Müqəddəs Ramazan bayramı  , həm də qədim ənənələrimizi yaşadan  Novruz bayramı münasibətilə  ürəkdən təbrik olunmuş, onlara ən xoş arzular çatdırılmışdır.
İftar süfrəsindən sonra qonaqlara Ramazan sovqatları təqdim edilmiş, bu müqəddəs günlərin sevinc və bərəkətinin hər bir ailəyə çatması arzulanmışdır.
Bu cür tədbirlərin keçirilməsi milli-mənəvi dəyərlərimizin qorunması, həmrəyliyin gücləndirilməsi və qəhrəmanlarımızın hər zaman diqqət mərkəzində saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Allah tutulan orucları və edilən duaları qəbul etsin, xalqımıza sülh, əmin-amanlıq və firavanlıq bəxş etsin.
Bayramlarınız mübarək!

 

 

Previous Benilüks Azərbaycanlıları Konqresi, Dayaq – Vətən Müharibəsi əlilərinə və Şəhid ailələrinə dəstək Təşkilatı və Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasınin təşkilatçılığı, İydə Parfumeriya mağazalar şəbəkəsinin tərəfdaşlığı, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin informasiya dəstəyi ilə iftar süfrəsi təşkil olunub.

Leave Your Comment

Sosial Media

© 2026 Bütün hüquqlar qorunur.